5 Oktyabr 2022 16:56
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunlarının çəkildiyi ərazilər geri qaytarılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Burada heç bir ziddiyyət yoxdur, bu ərazilər əbədi olaraq Rusiyanın olacaq, geri qaytarılacaq”, - Peskov bildirib.

Ukrayna ordusu Rusiyaya ilhaq edilmiş Xerson, Donetsk, Zaporoje və Luqansk vilayətlərinin bir hissəsini azad etdiyini açıqlayıb. Məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.


Müəllif: Mənsur Rəğbətoğlu