5 Oktyabr 2022 23:28
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo jurnalistlərə bildirib.

“Bu gün bizə məlum oldu ki, dünən prokurorluğun nümayəndələri Saakaşvilinin otağında zorla məhkəmə təşkil etdikdən sonra sabiq prezident yüksək təzyiq nəticəsində huşunu itirib”, - vəkil bildirib.

Danqelonun sözlərinə görə, Saakaşvili nevroloq tərəfindən yoxlanılıb və nəticə acınacaqlı olub.

Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gələn Saakaşvili həbs olunaraq Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq dərhal aclıq aksiyasına başlayıb. Keçmiş prezidentin səhhəti pisləşdikdən sonra o, əvvəlcə Tbilisinin kənarındakı həbsxana xəstəxanasına, sonra isə Qori şəhərindəki xəstəxanaya köçürülüb. 2021-ci ilin dekabrında o, yenidən Rustavi həbsxanasına aparılıb. Sabiq prezident həbsxanada ağır xəstəliklərə tutulduğunu dəfələrlə bəyan edib.

M.Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. O, xəstəxanaya bu il mayın 12-də köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər