7 Oktyabr 2022 11:40
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Zaporojye şəhərinə hücum edib, nəticədə iki rayonda infrastruktur obyektləri dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Zaporojye hərbi mülki administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

“Ruslar bu gün ilk dəfə “Şahid-136” PUA-larından istifadə etməklə hücuma keçib. Bu səbəbdən vətəndaşlar çox güclü partlayışlar eşidiblər. İlkin məlumata görə, bir nəfər zərərçəkən var, o, xəstəxanaya yerləşdirilib. məlumatlar dəqiqləşdirilir”, - deyə o bildirib.

Starux vurğulayıb ki, rus ordusu rayonun dinc sakinlərinə qarşı bütün silahlardan istifadə edir: “Raketlər, MLRS, artilleriya, indi də kamikadze adlanan dronlar. Ehtiyatlı olun! Sursat qalıqlarına toxunmayın. Şəkil, video çəkməyin və hücumlar haqqında məlumat yaymayın. Rəsmi mənbələrə etibar edin. Əsas odur ki, təhlükəsizlik tədbirlərinə riayət edin.Özünüzü və yaxınlarınızı qoruyun”.


Müəllif: Nemət

Oxşar xəbərlər