Rusiya Xarici İşlər Nazirliyi Fransanın Moskvadakı səfiri Pyer Leviyə ölkəsinin Ukraynaya hərbi dəstək verməməsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Rusiya XİN-dən verilən yazılı açıqlamada Fransanın Moskvadakı səfiri Levinin nazirliyə çağırıldığı və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdüyü bildirilib.
Qruşkonun Fransa və digər Qərb ölkələrinin Ukraynaya göstərdiyi hərbi texniki dəstəyi dəyərləndirdiyi qeyd edilən bəyanatda Rusiya tərəfi Kiyev administrasiyasına silah və hərbi texnika tədarükünün artırılmasından irəli gələn təhdidlərə və təlim proqramlarına diqqət çəkib.
Bəyanatda vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclaslarının təxirə salınmaması və Rusiya nümayəndələrinin iclaslarda iştirakına mane olmamaq lazımdır.