Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putini ad günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrik mətnində deyilir:
“Rusiya ABŞ və onun qüvvələrinin təhdidlərinə qarşı dövlətin nüfuzunu və əsas maraqlarını qətiyyətlə müdafiə edir. Belə bir fakt sizin hörmətli rəhbərliyiniz və güclü iradəniz sayəsində baş verir”.
Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyindən (KCNA) verilən açıqlamaya görə, Kim Çen Putinə ünvanladığı mesajda daha sonra bildirib: “Siz uzun illər prezidentliyin ağır məsuliyyətini boynunuza götürərək, böyük strateji hədəfə çatmaqda əhəmiyyətli uğurlar əldə etmisiniz. Çalışqan fəaliyyətinizlə güclü Rusiya yaratmısınz.
Bu gün Rusiya dövlətin nüfuzunu və əsas maraqlarını ABŞ və onun qüvvələrinin çağırış və təhdidlərinə qarşı qətiyyətlə müdafiə edir”.
Mesajında Moskva-Pxenyan münasibətlərinə də toxunan Kim bildirib ki, 2019-cu ildə Vladivostokda keçirilən ilk görüşdə əldə edilən razılaşma ilə Koreya və Rusiya arasında qarşılıqlı dəstək və əməkdaşlığın mübarizədə heç vaxt olmadığı qədər güclənməsindən məmnundur.