Ukraynanın Xarkov şəhərində naməlum şəxslər partlayış törədiblər.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, hücum edənlərin əsas hədəfi şəhərin mərkəzindəki Gənclik parkında yerləşən “Ukrayna millətçilər təşkilatı – Ukrayna üsyançı ordusu” adlı abidə olub. Bu barədə Xarkov vilayətinin prokurorluğu xəbər yayıb.
İlkin məlumatlara görə, səhər yerli vaxtla saat 05:00-da törədilən partlayış nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Samir