9 Oktyabr 2022 01:15
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri bu qış Rusiyadan qaz tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İndi bütün Avropanı bir sual maraqlandırır: "Bu qış necə keçəcək?", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.

Rusiya-Ukrayna müharibəsindən danışan Türkiyə Prezidenti qeyd edib ki, Ankara hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərdə vasitəçilikdə aparıcı rol oynayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər