Kanada hökuməti Ukraynaya 34 milyon ABŞ dolları məbləğində hərbi yardım göndərəcək.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
Onun sözlərinə görə, yeni hərbi yardım paketinə artilleriya mərmiləri, qış avadanlıqları və dron kameraları daxildir.
O əlavə edib ki, Ottava Kiyevi hərtərəfli dəstəkləməyə davam edəcək.