13 Oktyabr 2022 20:43
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynada İran istehsalı pilotsuz təyyarələrdən istifadəsi getdikcə artır. İndi təhlükə təkcə Yaxın Şərq və ya Ukraynada deyil, qlobal miqyasda ciddi qəbul edilməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazır.

İsrail nəşri İranın Yaxın Şərqdə terrorçulara da dron verdiyini bildirir:

“Bunun təhlükəyə çevrilməsinin əsas səbəbi İran tipli pilotsuz təyyarələrin Yəməndəki husilərə, “Hizbullah” və HƏMAS-a verilməsidir.

Rusiyanın açıq şəkildə bu tip kamikadze dronlarından istifadə etməsi göstərir ki, İranın pilotsuz uçan aparatları proqramı terror qruplaşmalarının çərçivəsini aşır. Məlumata görə, Moskva Kiyevə hücumda kamikadze PUA-larından istifadə edib.

“Şahid-136” adlı bu tipli PUA-lar hazırda Rusiyanın hücumlarında tez-tez istifadə olunur. Ola bilər ki, Rusiya minlərlə bu dronlardan sifariş edib və ya artıq bunların istehsalını həyata keçirir.

Rusiyanın pilotsuz təyyarələri necə alması və ya onlara nə əlavə edə biləcəyi ilə bağlı çox şey məlum deyil. Buna baxmayaraq, qəzaya uğrayan və ya vurulan və ya hədəfləri vuran pilotsuz təyyarələrin nömrələrindən belə məlum olur ki, yüzlərlə pilotsuz təyyarəsi var”.

“Post” isə yazır ki, Rusiyanın buraxdığı pilotsuz təyyarələrin təxminən 60 faizi vurulub və ya qəzaya uğrayıb.

“Nyu-York Tayms” isə bildirir ki, İsrail Ukraynanı Rusiyanın istifadə etdiyi İran PUA-ları ilə bağlı əsas kəşfiyyat məlumatları ilə təmin edir.

“Yerusəlim Post”a görə, bu iki əsas məqamı göstərir ki, artıq ölkələr İran dronlarının yayılmasından narahatdırlar:

“Rusiya bunlarla fəlakət yaratmağa çalışır və bu, mülki insanlara zərər verir. Bundan əlavə, ABŞ və digərləri də İranın pilotsuz təyyarələrindən narahatdırlar; xüsusilə Yəmən, İraq və Körfəzdə”.

İran dronları ilə maraqlananlar arasında Efiopiya və Venesuela da var. Bu pilotsuz təyyarələr Tacikistanda hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər