15 Oktyabr 2022 12:42
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan baş qərargah rəisi Konstantinos Floros Şərqi Egey adalarındakı hərbi hissələrə baş çəkib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Quşadasından cəmi 2 mil uzaqlıqda olan Saqqız adasına gələn Floros oradakı quru və dəniz qüvvələrinə baxış keçirib.

Baş qərargah rəisini daxili işlər və Adalar Ali Hərbi Komandanlığının (ASDEN) rəhbəri general-leytenant Dimitrios Hupis müşayiət edib.

Floros bu səfərlə bağlı Tvitter hesabında paylaşım edib.

“Sizin sədaqətiniz və xidmət əzminiz vətənin bütövlüyünə, ləyaqətinə və şərəfinə zəmanət verir. Cəmiyyət rahat ola bilər, çünki siz buradasınız”, - baş qərargah rəisi deyib.

Floros Quşadasına baxan istiqamətdə hərbçilərlə fotoşəkil çəkdirib.

Qeyd edək ki, Yunanıstan Egey dənizində yerləşən Saqqız, Sisam, Midilli və digər qeyri-hərbi statuslu adaları silahlandıraraq, Türkiyə ilə mövcud anlaşmaları pozub. Türkiyə Yunanıstanın bu təxribatçı və təhrikedici addımlarına sərt reaksiya verib. Rəsmi Ankara baş verənlərlə bağlı NATO-nu məlumatlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər