17 Oktyabr 2022 09:36
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin Ukraynanı ələ keçirmək planlarının atəşkəsdən və ya başqa nizamlanmadan asılı olmayaraq dəyişəcəyi ehtimalı yoxdur. Ukrayna uzunmüddətli təhlükəsizliyini və ölkənin iqtisadi dayanıqlığını təmin etmək üçün müəyyən əraziləri qaytarmalıdır.

Teleqraf.com xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəliblər.

Ekspertlərin fikrincə, Moskva öz nailiyyətlərini möhkəmləndirmək üçün hərbi əməliyyatların dayandırılmasından istifadə edəcək və Ukraynaya qarşı yeni təcavüzə hazırlaşmaq üçün cəbhə xəttini ən yaxşı mövqedə donduracaq.

“Ukrayna Rusiyanın şərtləri altında münaqişənin yenilənməsi üçün şərait yaradılmasını önləməkdən ötrü hərbi əməliyyat xətlərini dondurmaq istəyinə qarşı durmalıdır”, - analitiklər qeyd edirlər.

Əgər Ukrayna Silahlı Qüvvələri Dnepr çayının bütün qərb sahilinə nəzarəti bərpa edərsə, ruslar çox güman ki, Ukraynanın cənub-qərbinə qurudan hücumları olduqca çətin həyata keçirəcək. Beləliklə, Nikolayevin, Odessanın və Qara dənizin bütün Ukrayna sahillərinin müdafiə qabiliyyəti əsasən qərbi Xersonun azad edilməsindən asılıdır.

Qərb ekspertləri qeyd edirlər ki, Dnepr çayı Ukraynanın ilk müdafiə xətti yox, sonuncu olmalıdır. Çay keçidləri çox çətindir, lakin qoşunlar birbaşa hazırlaşa bilsələr, mühafizə olunan artilleriya mövqelərinin yaradılması, körpü avadanlığının ilkin yerləşdirilməsi, lazımi təchizatların toplanması və bütün zəruri infrastrukturun yaradılması da daxil olmaqla, keçid üçün prosesi asanlaşdırmaq olar.

Xersonun şərq hissəsində və qərb Zaporojye bölgələrindəki əsas ərazilərə gəldikdə, Enerqodardakı Zaporojye AES (ZAES) ilə əlaqədar təhlükəsizlik nəzərə alınmalıdır.

Stansiya 2022-ci ilin işğalına qədər Ukraynanın elektrik enerjisinin əhəmiyyətli hissəsini təmin edirdi və onun itkisi nəticəsində generasiya gücünün dəyişdirilməsi və ola bilsin ki, Ukrayna elektrik şəbəkəsinin elementlərinin yenidən dizaynı üçün əhəmiyyətli investisiyalar tələb edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər