17 Oktyabr 2022 22:43
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi durumu günbəgün pisləşən Misirdə siyasi fəallar yeni inqilabi nümayişlərin tarixini veriblər.

Teleqraf.com xəbər verir ki, Prezident Əbdülfəttah əs-Sisiyə qarşı kütləvi nümayişlərin noyabrın 11-də başlayacağı açıqlanıb.

2013-cü il iyulun 3-də seçilmiş prezident Məhəmməd Mursiyə qarşı hərbi çevrilişdən sonra azadlıqların getdikcə daraldığı Misirdə kütləvi nümayişlərə tələblərin artdığı bildirilir. İspaniyada yaşayan müxalif iş adamı Məhəmməd Əli və Türkiyədə yaşayan Hüsam əl-Qəmri Misirdən onlara edilən çağırışlarla bağlı sosial şəbəkələrdə videolar paylaşıblar.

Videolarda üzləri görünməyən bir çox misirli noyabrın 11-də xalqı meydanlara çıxmağa çağırır.

Kütləvi nümayişlər üçün verilən tarix BMT-nin Şarm əl-Şeyxdə keçiriləcək konfransı ilə üst-üstə düşür. Müxalif opponentlərinin bununla Sisini çətin vəziyyətə salmaq istədikləri bildirilir.

Əvvəllər Sisi rejiminə yaxınlığı ilə seçilən misirli iş adamı Məhəmməd Əli 2019-cu ildə münasibətlərinin pozulmasından sonra ilk kütləvi nümayişlərin təşkilində uğur qazana bilməyib. Həmin ildən bəri sosial şəbəkələrdə yayımladığı videolarla Sisini istefaya çağıran və ona qarşı sərt açıqlamaları ilə xalqı küçələrə çağıran Məhəmməd Əlinin ikinci cəhdində uğur qazanıb-qazanmayacağını zaman göstərəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər