18 Oktyabr 2022 21:38
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) ehtiyatda olan general-mayoru Viktor Yaqun Rusiyanın mümkün nüvə zərbələrinə qarşı ABŞ-ın reaksiyasının necə olacağından danışıb.

Teleqraf.com xəbər verir ki, Yaqun NATO-nun nüvə təlimlərinə başlamasının alyansın hər cür ssenariyə hazır olduğunu göstərdiyini deyib.

Eyni zamanda, o hesab edir ki, Rusiyanın heç bir təlimi effektli deyil.

General xatırladıb ki, ABŞ Rusiyanın bu istiqamətdə bütün fəaliyyətini izləyəcəyini açıqlayıb.

Yaqun qeyd edib ki, nüvə başlıqlarını izləmək üçün mexanizmlər var. Ona görə də, taktiki nüvə silahının tətbiqi istiqamətində hər hansı bir aktivlik olarsa, bu, dərhal əvvəlcədən məlum olacaq.

ABŞ və NATO-nun Rusiyanın mümkün adımına reaksiyasına gəldikdə, general deyib:

“Hələlik bunlar sadəcə söz-söhbət formasındadır. Yeganə sənəd Budapeşt Memorandumudur, çünki məhz bu sənəddə Ukraynanın mümkün nüvə təhlükələrindən qorunmasından bəhs olunur”.

Yaqun hesab edir ki, Ukraynanı Rusiyanın mümkün nüvə zərbələrindən qorumaq mümkün olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər