19 Oktyabr 2022 16:54
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası bəyanat qəbul edərək hökuməti İranla diplomatik münasibətləri kəsmək üçün prosedurlara başlamağa və Tehranla bağlanmış viza rejiminin yumşaldılması sazişlərini ləğv etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, sənədin mətni Ukrayna parlamentinin saytında dərc olunub.

“Ukrayna hökumətini Ukrayna ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin kəsilməsi məsələsini dərhal həll etməyə çağırırıq”, - bəyanatda deyilir.

Deputatlar həmçinin hökuməti İranla viza rejiminin yumşaldılmasına dair sazişi denonsasiya etməyə və Rusiyaya silahların ötürülməsində əli olan İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Rada Prezident Vladimir Zelenski və Nazirlər Kabinetinə İranın kütləvi qırğın silahlarının istehsalı proqramlarına qarşı effektli yanaşmalar hazırlamaq üçün dərhal İsrail, ABŞ və Avropa Komissiyası ilə danışıqlara başlamağı tövsiyə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər