Rus ordusu Dnepropetrovsk vilayətində sənaye müəssisəsinə və enerji infrastrukturu obyektinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.
“Krivoy Roq vilayətində gecə çox gərgin keçdi. Ruslar sənaye müəssisəsinə və enerji infrastrukturu obyektinə hücum ediblər. Ciddi dağıntılar var. Bun abaxmayaraq hazırda ərazidə bütün xidmətlər işləyir”, - məlumatda bildirilir.
Rezniçenko onu da əlavə edib ki, digər ərazilərdə gecə fövqəladə hallar olmadan keçib və hazırda orada sakitlik hökm sürür.