Pakistanın keçmiş baş naziri İmran Xana siyasətlə məşğul olmaq qadağası qoyulub.
Teleqraf.com xəbər verir ki, Pakistan Seçki Komissiyası Ədalət Hərəkatının (PTI) lideri İmran Xanın baş nazirliyi dövründə aldığı hədiyyələrin təfərrüatlarını açıqlamayıb satması ilə bağlı müraciəti qiymətləndirib.
Seçki Komissiyası yekdil qərarla İmran Xanın baş nazirliyi dövründə aldığı hədiyyələrin təfərrüatlarını açıqlamadığı səbəbilə ona siyasətlə məşğul olmaq qadağası qoyub.
Bu qərardan sonra İmran Xan hədiyyələrin təfərrüatlarını ictimailəşdirmədiyi üçün barəsində cinayət işi də açıla bilər.
Koalisiya hökuməti avqust ayında sözügedən məsələ ilə əlaqədar Seçki Komissiyasına müraciət etmişdi.