“Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn G20 sammitində iştirak etməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
Ekspertin fikrincə, Rusiya lideri sammitdə iştirakdan çəkinəcək:
“Məncə, o getməyəcək. Baxın, dünən “səfərbər edilənlər”lə görüşüb. Əslində “səfəbər edilmiş”ə oxşayan yeganə şəxs Putinin özü idi. Görüşdüyü bütün “səfərbərlər” iki metr hündürlüyündə yaraşıqlı, təchiz olunmuş, qoruyucu jilet geyinmiş, snayperləri olan şəxslər idilər. Onların FSB əməkdaşları olduğu aydın görünürdü. Belə bir qorxaq “Böyük İyirmilər”in sammitinə necə gedəcək? Məncə, getməyəcək”.
Piontkovski Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrovun sammitdə iştirak edə biləcəyini deyib. Amma onun da onlayn formatda qatıla biləcəyini söyləyib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin G20-nin İndoneziyada keçiriləcək sammitində iştirakının hələlik sual altında olduğunu bildirib. O, Rusiyanın bütün amilləri, o cümlədən Putinin təhlükəsizliyi məsələsini nəzərə alındığını deyib.