Ukrayna əsgərləri Rusiya ordusunun növbətçi zabitini - kəşfiyyat qoşunlarının komandiri Andrey Roqovu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki, bloger Anatoli Ştefan bildirib.
“Kəşfiyyat rotasının komandiri, baş leytenant Andrey Roqov uğurla tərxis olunub. Ukraynaya şöhrət”,- polkovnik yazıb.
Rusiya Federasiyası kəşfiyyatçının Ukraynada məhv edildiyini təsdiqləyib.
Sosial şəbəkələrdə onun dəfn edildiyi qəbrin fotosu və Rusiya Federasiyası Müdafiə Nazirliyinin formasını geyinmiş şəkli yayılıb.