Rusiya qoşunları Ukrayna ordusunun fəal irəliləməsi ilə əlaqədar Xerson vilayətində Dnepr çayının sol sahilində müdafiə xətlərini möhkəmləndirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahın xülasəsində deyilib.
Qornostayevka ərazisində mühəndis və istehkamçılar sahil zolağında mina işləri aparır, qoşunlarının sağ sahildən potensial geri çəkilməsi üçün kiçik keçidlər buraxırlar.
Müvəqqəti olaraq işğal olunmuş Xersondan yerli sakinlərin "təxliyəsi” üçün tədbirlər davam edir. Bütün banklar və texnika, şəxsi heyət şəhərin sağ sahil hissəsindən Genıçesk, Skadovsk qəsəbələrinə aparılır.
Bundan əlavə, ruslar internet provayderlərinin avadanlıqlarını oğurlayıblar. Məktəbləri zəbt edənlərin maliyyələşdirməsi və məktəblərdə uşaqların qidalanması dayandırılıb. Silahlı Qüvvələrin Baş Qərargahına bildirilən məlumata görə, yerli sakinlərə qarşı quldurluq və talan hallarının sayı artıb.