25 Oktyabr 2022 12:54
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Melitopolda Zaporojye vilayətinin işğal olunmuş hissəsinin “qubernatoru” Yevgeni Balitskinin biznes mərkəzinin ərazisində partlayış baş verib.

Teleqraf.com “RİA Melitopola istinadən bildirir ki, ilkin məlumatlara görə, hadisə evdə hazırlanmış qurğunun partlaması nəticəsində meydana gəlib.

Media sözügedən binada idarəetmə sisteminin yerləşdiyini yazır. Balitskinin adamları müntəzəm olaraq binanın zirzəmisində yığıncaqlar keçirirlər.

Partlayış nəticəsində qonşu çoxmərtəbəli binaların pəncərələri zədələnib.


Müəllif: Nemət

Oxşar xəbərlər