25 Oktyabr 2022 21:13
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Finlandiyadakı keçmiş səfiri Georgi Ayfantis Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ayfantis 2019-cu ildə Helsinkidə Yunanıstanın o vaxtkı xarici işlər naziri Georgi Katruqalosla birlikdə yaşadığı hadisə haqda ilk dəfə danışıb.

Avropa Şurasının toplantısı çərçivəsində Çavuşoğlu ilə görüşmək istədiklərini bildirən Ayfantis bunun üçün Katruqalosun türk həmkarına yalvardığını deyib.

Çavuşoğlunun Katruqalosa “Yox” cavabını verdiyini bildirən Ayfantis uzun sürən səylər nəticəsində türk nazirin axşam saat 22:00-a görüşə razı olduğunu vurğulayıb.

“Katruqalos Çavuşoğlu ilə görüşmək üçün rəsmən ona yalvarmışdı”, - diplomat bildirib.

Ayfantis əlavə edib:

“Yarım saat içəridə qaldılar və Katruqalos çıxanda rahatlıqla qışqırdı: “Yaxşı, sentyabra qədər heç nə olmayacaq”.

Katruqalos Çavuşoğluna 2019-cu ilin sentyabrında keçiriləcək seçkilərə zərər gəlməməsi üçün yalvarmağa getmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər