Yeni Zelandiya tarixində ilk dəfə olaraq qadın deputatların sayı çoxluğa çatıb.
Teleqraf.com xəbər verir ki, spiker Trevor Mallard İrlandiya səfiri təyin edilib parlamenti tərk etdikdən sonra Leyboristlər Partiyasından olan Soraya Peke-Masonun parlamentdə and içməsi ilə qadın deputatların sayı kişiləri keçib.
Parlamentdəki son dəyişiklikdən sonra qadın deputatların sayı 60, kişilərin sayı isə 59 olub.
Peke-Mason jurnalistlərə açıqlamasında deyib:
“Düşünürəm ki, bu gün həm mənim, həm də Yeni Zelandiya üçün tarixi gündür”.
Yeni Zelandiya bu il parlamentində ən azı 50 faiz qadın təmsilçiliyi olan 6 ölkə arasında yer alıb. Digər ölkələr Kuba, Meksika, Nikaraqua, Ruanda və Birləşmiş Ərəb Əmirlikləridir.
Məlumata görə, dünya üzrə deputatların təxminən 26 faizini qadınlar təşkil edir.