ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Burns bu ayın əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski və digər rəsmilərlə görüşmək üçün Ukraynaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN iki mənbəyə istinadla bildirib.
“Orada olarkən Burns ABŞ-ın Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəkləmək, o cümlədən kəşfiyyat məlumatlarını bölüşməyə davam etmək öhdəliyini gücləndirdi”, - amerikalı rəsmi telekanala şərhində bildirib.
Mənbələr səfərlə bağlı əlavə məlumat verməkdən imtina ediblər.