29 Oktyabr 2022 10:27
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və türk xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyə zəngin tarixi boyunca siyasi, iqtisadi və sosial ölçülərdə dünyanın ən böyük dövlətlərindən biri kimi mühüm rol oynayıb. Sizin mühüm təşəbbüsləriniz sayəsində Ankaranın bugünkü nailiyyətləri ölkənin nüfuzunun daha da yüksəlməsinə, Türkiyə dövlətçiliyinin möhkəmlənməsinə töhfə verir”, - Lukaşenko vurğulayıb.

Prezident ümidvar olduğunu bildirib ki, müasir çağırışlara baxmayaraq, iki xalq arasında qarşılıqlı hörmət və dostluq ənənələri Belarus-Türkiyə dialoqunun mütərəqqi inkişafı üçün bundan sonra da möhkəm əsas rolunu oynayacaq.

“Əminəm ki, ticarət, iqtisadiyyat, elm və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın qurulması üçün əhəmiyyətli potensial var”, - Belarus lideri qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər