29 Oktyabr 2022 10:49
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlavə olaraq 110 000-ə yaxın çağırışçının Rusiyadan Ukraynaya göndərilməsi müharibənin gedişatını dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

Amerikalı analitiklərin hesablamalarına görə, əgər Rusiya hakimiyyətinin iddia etdiyi kimi, Silahlı Qüvvələrin sıralarına yeni çağırışçılar cəlb olunubsa, noyabrda Ukraynaya ümumilikdə 110 min yeni canlı qüvvə göndərəcək.

Ukraynaya 41 min peşəkar təlim keçməmiş hərbçi yerləşdirilməsi Rusiyanın müdafiə xətlərini müvəqqəti gücləndirə bilər. Amma bu ehtiyat qüvvələr hələ də Ukrayna ordusunun ciddi və peşəkar formada hazırlanmış əks-hücumu ilə üzləşməyiblər.

“Yerləşdirmə Rusiyanın döyüş gücünün önəmli dərəcədə artmasına səbəb olmayacaq. Beləliklə, döyüş hissələrinə əlavə olaraq 110 000 və ya daha çox səfərbər edilmiş hərbçilərin yerləşdirilməsi çətin ki, müharibənin trayektoriyasını dəyişsin”, - ekspertlər bildirirlər.

Sentyabrın 21-də cəbhədəki hərbi məğlubiyyətlərə cavab olaraq Prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Kreml bir ay ərzində bu prosesin tamamlandığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər