Ukrayna Prezidenti Vladimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyəni təbrik edib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri mesajını Tvitter hesabında türk dilində paylaşıb.
“Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Dost türk xalqına sülh, firavanlıq və rifah arzulayıram. İnanıram ki, birgə səylərimiz Qara dəniz bölgəsinə sülh, təhlükəsizlik və sabitliyi qaytaracaq”, - Zelenski bildirib.