İran və Rusiya arasında müştərək azad iqtisadi zona yaratmağa dair razılıq əldə olunub.
Teleqraf.com xəbər verir ki, bunu Azad Zonaların Ali Şurasının Katibliyinin rəhbəri Nəsrullah İbrahimi deyib.
Onun sözlərinə görə, İran və Rusiya arasında razılaşmaya əsasən azad iqtisadi zona və ya müştərək investisiya zonası yaradılacaq.
Bu zonada logistika, nəqliyyat qovşaqları, bank, maliyyə və beynəlxalq birja institutları inkişaf etdiriləcək.