Meksikada it ağzında kəsilmiş insan başı ilə küçələrdə dolaşıb. Daha sonra səlahiyyətlilər kəsilmiş başı taparaq məhkəmə-tibb qrupuna təhvil veriblər.
Teleqraf.com xəbər verir ki, hadisə ölkənin şimalındakı Zakatakas əyalətinin Monte Eskobedo şəhərində baş verib.
Sosial mediada yayılan görüntüdən sonra açıqlama verən ştatın baş prokurorluğu bölgədəki bankomatda insan qalıqlarının tapıldığını bildirib. Lakin səlahiyyətlilər hadisə yerinə gələnə qədər itin qalıqları eşələyərək kəsilmiş başı götürdüyü öyrənilib.
Saatlarla iti axtaran polis qrupları iki gün sonra kəsilmiş başı bir evin bağçasında tapıblar.
Məhkəmə-tibb ekspertləri qurbanın cinsi, yaşı və digər məlumatları öyrənmək üçün qalıqları yoxlayır.
Səlahiyyətlilər həmçinin hücumun mütəşəkkil cinayətlə əlaqəli olduğunu göstərən bankomatda iki əskinas tapıldığını açıqlayıb. Lakin qeydlərin məzmunu ilə bağlı heç bir açıqlama verilməyib.
Meksikada narkotiklərin ABŞ-a çatması üçün mühüm dəhliz olan Zakatekas uzun müddətdir Sinaloa və Jalisko mafiyaları arasında müharibəyə səhnə olub.