2 Noyabr 2022 11:22
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti Serbiya Prezidenti Aleksandr Vuçiçi ölkəsinin geosiyasi kursu ilə bağlı qərar verməyə çağırır. Ondan seçim etmək tələb olunur: AB-yə daxil olmaq və ya Rusiya ilə yaxınlaşmaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Welt” nəşri yazır.

Nəşrin məlumatına görə, Almaniya Serbiyanın Rusiya Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalamasına təəccüblənir və məyusdur. Bu cür hərəkətlər Aİ-nin bloka üzv olmaq üçün namizədlərin də Rusiyaya qarşı Avropa sanksiyalarını qəbul etmələri ilə bağlı gözləntilərinə cavab vermir.

Nəşr Almaniya hökumətinin nümayəndəsinin sözlərindən sitat gətirib: "Qərarın qəbul edilməsi zərurəti geosiyasi hadisələrlə (Ukraynadakı müharibədən söhbət gedir) getdikcə daha da kəskinləşir.

“Welt”in Almaniya hökumətinə istinadla vurğuladığı kimi, Vuçiç Serbiyanın Aİ ilə münasibətləri gücləndirmək kursu ilə bağlı qərar verərsə, Almaniya onu dəstəkləyəcək. Eyni zamanda, Rusiya ilə münasibətlərin davam etdirilməsi əks nəticələrə gətirib çıxaracaq".


Müəllif: Nemət

Oxşar xəbərlər