6 Noyabr 2022 15:23
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bəmpur rayonunda polis məntəqəsində bir polis 4 əməkdaşını güllələyərək öldürüb.

Teleqraf.com xəbər verir ki, bunu İranın Bəmpur rayonu hüquq-mühafizə idarəsinin rəisi mayor Əlirza Səyyad deyib.

Ə.Səyyadın sözlərinə görə, hadisənin şəxsi münasibətləri zəminində baş verdiyi ehtimal olunur.

Atəş açan polis saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər