Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü sökülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.
Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək.
Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.