ABŞ prezidenti Co Bayden Rusiya Federasiyası ilə danışıqlar məsələsinin Ukraynadan asılı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Bayden heç bir halda ərazi güzəştləri ilə bağlı kompromisləri nəzərdə tutmadığını bildirib.
“Xeyr, mən belə düşünmürəm. Bu, ukraynalılardan asılıdır. Ukraynasız heç nə yoxdur”, - Bayden vurğulayıb.
Eyni zamanda ABŞ prezidenti qeyd edib ki, o, şəxsən heç bir kompromis barədə düşünmür.
Bayden aydınlaşdırıb ki, Rusiya qoşunları Dnepr çayının sağ sahilindən öz qüvvələrini çıxarsa, hər iki tərəf - Ukrayna və Rusiya qışda nə edəcəyinə və güzəştə gedib-gələməyəcəyinə qərar verəcək.
“Bu olacaq. Bəli, ya yox. Nə edəcəklərini bilmirəm” deyən Bayden əlavə edib ki, ukraynalılara nə etməli olduqlarını demək haqqında düşünmür.