Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib. Ukrayna dövlətinin başçısı Moskvanın Kiyevin şərtləri ilə sülh bağlamaq istəyini görmür.
Teleqraf.com xəbər verir ki, bunu Zelenski deyib.
Onun sözlərinə görə, oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir:
“Mən qapını çırpmadım. Dedim ki, biz indiki Rusiya ilə deyil, sülhə hazır olan olan ölkə ilə danışmağa hazırıq. Həqiqətən sülhə hazır olan bir Rusiya ilə - işğalçı olduğunu etiraf etməyə hazır olan biri ilə”.
Eyni zamanda o, ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib:
“İndiyə qədər mən Rusiya Federasiyasından belə bəyanatlar eşitməmişəm - nə Putindən, nə də başqalarından”.