ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın dövründə Amerikanın Paris İqlim Sazişindən çıxmasına görə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, Amerika lideri bu barədə Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən BMT-nin 27-ci İqlim Konfransındakı çıxışında danışıb.
Bayden iqlim böhranının humanitar, iqtisadi, ekoloji və milli təhlükəsizliklə əlaqəli olduğunu deyərək, Trampın Paris İqlim Sazişindən çıxdığını xatırladıb.
“Mən vəzifəyə başlayan kimi dərhal müqaviləyə qayıtdıq. Böyük iqlim sammitləri keçirmişik. Bu müqavilədən çıxdığımıza görə üzr istəyirəm”, - ABŞ prezidenti vurğulayıb.