13 Noyabr 2022 17:20
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Yəmən ərazilərinə silah, pilotsuz uçan aparatlar (PUA) və narkotik maddələr daşımağa davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin informasiya naziri Müəmmər əl-İryani məlumat verib.

Nazir dünən ölkəsinin cənubundakı Sokotra adasında narkotik daşıyan İran gəmisinin ələ keçirilməsinə reaksiya verib.

Ötən illərdə narkotik qaçaqmalçılığı və ticarəti ilə məşğul olan iranlı dənizçilərin tutulduğunu, gəmilərinin ələ keçirildiyini xatırladan İryani bunlardan bölgədəki yaraqlıların əsas maliyyə mənbəyi kimi istifadə edildiyini, gənclərin terror aktlarına yönəldildiyini və hədəfə alınmış ölkələrdəki insan resurslarının məhv edildiyini bildirib.

İranı Yəmənə silah, dron və narkotik daşımaqda ittiham edən nazir beynəlxalq ictimaiyyət, BMT və bu qurumun Təhlükəsizlik Şurası və ABŞ-a müraciət edən nazir müvafiq qərarları və beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq Yəməndə silah və narkotik qaçaqmalçılığını davam etdirən və ölkənin daxili işlərinə qarışan İrana qarşı açıq mövqe tutmağa çağırıb.

Dünən Sokotra adasında narkotik daşıyan İran gəmisi ələ keçirilib. Müsadirə edilən narkotiklərin həcmi ilə bağlı məlumat verilməsə də, saxlanılan gəminin lazımi hüquqi prosedurların tamamlanması üçün Sokotranın Hadibu limanında saxlandığı bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər