Ermənistanın XİN başçısı Ararat Mirzoyan İstanbulda baş vermiş terror hadisəsi ilə bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mirzoyan tviterdə yazıb.
“İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - o, bildirib
Qeyd edək ki, dünən İstanbulda baş vermis partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıblar.