14 Noyabr 2022 20:25
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya İranın rabitə və güc strukturlarına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur, kiberpolis rəhbəri Nasser Məcidi və müxtəlif hüquq-mühafizə orqanlarının regional bölmələrinin rəhbərləri daxil edilib.

Siyahıda ümumilikdə 24 nəfərin adı var.

Bu sanksiyalar İranda insan hüquqlarının pozulmasına görə məsul şəxslərə qarşı tətbiq edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər