16 Noyabr 2022 12:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Polşa ərazisinə raket atması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi oldu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert NATO-nun Rusiyaya qarşı mümkün cavab addımlarına diqqət çəkib:

“Rusiyanın Polşa ərazisinə raket atması Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi oldu. Söhbət ondan getmir ki, NATO hökmən adekvat addım atacaq və Rusiyaya cavab zərbəsi endirəcək. Elə Ukraynaya hücum silahları verilməsi kifayət edər.

Qaldı bunun guya Ukrayna təxribatı olması barədə Rusiyanın iddiasına, əvvəla, raketin haradan atıldığını və kimə məxsus olduğunu sübut etmək elə də çətin deyil. İkincisi, onun nəyi hədəfə aldığı özü bir göstəricidir.

Son məlumatlara inansaq, həmin raketlə Avropa Birliyindən Ukraynaya elektrik enerjisi verən magistral xəttin vurulduğu bildirilir. Xatırladım ki, dünən gün ərzində Ukrayna ərazisinə yüzdən çox raket atan rus ordusu da əsasən ölkənin enerji infrastrukturunu hədəfə almışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər