Rusiya qoşunlarının Melitopoldakı qərargahının dağıdılması təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rus işğalçıları itkilər verməkdə davam edirlər. Əsgərlərimiz Melitopol şəhərində düşmən bölmələrindən birinin qərargahını darmadağın edib. Müdafiə qüvvələrinin tədbirləri nəticəsində Zaporoje vilayətinin Kinski Rozdorı, Vladivka və Blaqovişenka yaşayış məntəqələri ərazilərində iki silah-sursat anbarı, iki BM-21 “Qrad” bölməsi və bir S-300 zenit-raket kompleksi məhv edilib. Həmçinin düşmən 100-ə yaxın canlı qüvvəsini itirib, çoxlu sayda yaralısı var”, - məlumatda deyilir.
Bundan əvvəl Melitopol meri İvan Fedorov müvəqqəti işğal olunmuş şəhərin yaşayış massivlərindən birində güclü partlayışın baş verdiyini bildirmişdi. Onun sözlərinə görə, partlayış Melitopolun şimalında - işğalçıların qərargahının yerləşdiyi yerdə baş verib.