Avropa Komissiyasının sədri Ursula fon der Leyen BMT baş katibi Antonio Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı taxıl müqaviləsinin davam etdirilməsi ilə bağlı razılaşmanın əldə olunmasına görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Avropa rəsmisi bunun qlobal ərzaq böhranının aradan qaldırılmasında müstəsna rol oynadığını deyib.
“Antonio Quterreş və Prezident Rəcəb Tayyib Ərdoğanı Qara dənizdə taxıl daşınmasının davam etdirilməsi ilə bağlı razılaşmanın əldə olunmasına görə təşəkkür edirəm. BMT-nin Qara dəniz Taxıl Müqaviləsi Avropa Birliyinin həmrəyliyi ilə birlikdə, Rusiyanın müharibəsinə baxmayaraq, qlobal ərzaq qıtlığının qarşısının alınmasına və ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edir”, - Leyen bildirib.