19 Noyabr 2022 15:24
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın baş prokuroru Merrik Qarland ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı aparılan “məxfi sənədlər” və “Konqresdə 6 yanvar hücumu” araşdırmaları üçün xüsusi ekspert təyin etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kosovoda hərbi cinayətləri araşdıran Haaqa xüsusi məhkəməsinin keçmiş baş prokuroru Cek Smit Ədliyyə Nazirliyinin Trampla bağlı araşdırmalarına xüsusi səlahiyyətli ekspert təyin edilib.

Trampın 2024-cü il seçkiləri üçün prezidentliyə namizədliyini açıqlamasının xüsusi səlahiyyətli ekspert təyin etmə qərarında ən mühüm faktor olduğunu bildirən Qarland, sözügedən təyinatın prokurorların qanuna uyğun olaraq araşdırmalarını davam etdirməsinə töhfə verəcəyini bildirib.

Xüsusi səlahiyyətli ekspert Konqresə hücum çərçivəsində Donald Trampın rolunu araşdırır.

Xüsusi səlahiyyətli ekspert Smitin sözügedən hesabatı nə vaxt hazırlayıb təqdim edəcəyi barədə heç bir məlumat paylaşılmayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər