19 Noyabr 2022 16:34
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.

Bolqarıstan prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, 5 nəfərdən dördü 72 saat saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər