Milli Müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyada Pençe-Kılıç hava əməliyyatı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar Şimali İraq və Suriyada Pençe-Kılıç əməliyyatını şərh edərkən bildirib ki, Ankara Türkiyəyə qarşı istənilən təxribat və təhdidlərə qətiyyətli cavab verməyə davam edəcək.
“Pençe-Kılıç əməliyyatı zamanı Şimali İraq və Suriyada sığınacaqlar və anbarlar ilə yanaşı, terrorçuların bazaları da məhv edilib" - deyə Hulusi Akar bildirib.