İsveç xarici işlər naziri Tobias Billström Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda keçirdiyi “Pəncə-Qılınc” əməliyyatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Expressen” qəzetinə müsahibəsində danışıb.
Billström antiterror əməliyyatına görə Türkiyəyə haqq qazandırıb:
“Türkiyə terror hücumuna məruz qalan bir ölkədir və belə dövlətlərin özlərini müdafiə etmək hüququ var”.
Türkiyənin özünü terrordan qoruya biləcəyini söyləyən nazir mülki insanların tələfatının qarşısını almaq lazım olduğunu da bildirib.