22 Noyabr 2022 22:26
6 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josef Borrell Serbiya və Kosovo arasında avtomobil nömrələri ilə bağlı keçirilmiş görüşün nəticələri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Aİ-nin Kosovodakı missiyası (EULEX Kosovo) avtomobil nömrələri ilə bağlı kosovoluların təşviş içində olduqları və vəziyyəti yaxından izlədiklərini bildirib.

Kosovo rəsmiləri bölgələrindəki etnik serblərdən Serbiya tərəfindən verilmiş avtomobil nömrələrini təhvil vermələrini istəmiş və Kosovo nömrələrindən istifadə etməli olduqlarını bildirmişdi. Amma Serbiyanın işə qarışması vəziyyəti gərginləşdirmişdi.

Aİ gərginliyi azaltmaq üçün Priştina və Belqrad arasında dəfələrlə görüş keçirsə də, problemləri həll etmək mümkün olmayıb. Kosovo rəsmiləri bu gündən etibarən Serbiya nömrələrini təhvil verməyənlərin 150 avro cərimələnəcəyini açıqlayıb.

Borrell son görüşün nəticəsinin məyusedici olduğunu bildirib və NATO-nun baş katibi Yens Stoltenberqi son durumla bağlı məlumatlandırıb.

EULEX isə bölgədə vəziyyətin gərgin olaraq qaldığını və qarşıdurmanın başlaya biləcəyini açıqlayıb.

NATO baş katibi gərginliyin artmasından sonra Borrellə zəng edib.

Telefon danışığından sonra açıqlama verən Stoltenberq bildirib:

“Nömrə mübahisəsini həll etməyin mümkün olmaması bizi məyus edir. İndi məsuliyyətli və praqmatik həllərin vaxtıdır. Gərginlikdən qaçmaq lazımdır. NATO-nun Kosovodakı missiyası ayıq-sayıqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər