“Associated Press” (AP) xəbər agentliyinin müxbiri Ceyms La Porta Polşada 2 nəfərin həyatına son qoyan partlayışın ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisinə əsaslanaraq “Rusiya raketi” ilə törədildiyini yazdığı üçün işdən qovulub.
Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı AP-dən açıqlama verilib.
“Xəbərlərimizin dəqiq, ədalətli və faktlara əsaslanmasını təmin etmək üçün anonim mənbələrdən istifadə də daxil olmaqla standartlara əməl edirik”, - açıqlamada deyilir.
La Portanın adının çəkilməsini istəməyən bir mənbəyə istinad etdiyi xəbərinin sonradan yalan olduğu üzə çıxıb. AP xəbəri geri götürüb.
Polşa və NATO-nun apardığı araşdırmalarda ölkə ərasisinə düşən raketin Ukrayna hava hücumundan müdafiə sisteminə aid olduğu açıqlanıb.
Raket noyabrın 15-də Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə düşüb və 2 nəfər həlak olub.