ABŞ təyyarəsinin Şotlandiya üzərində terrorçular tərəfindən bombalanmasından 33 il sonra amerikalı və şotland müstəntiqlər Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin Kəşfiyyat İdarəsinin zabiti Əbu Əcilə Məsudda istədiklərini tapıblar.
Teleqraf.com xəbər verir ki, mediada “Lockerbie” adlandırılan cinayət işi Liviyanın qurbanların ailələrinə 2.7 milyard dollar təzminat ödəməsi və iki şübhəlini təhvil verməsi ilə nəticələnib.
Şübhəlilərdən birinə həbs cəzası verilib, digəri isə sərbəst buraxılıb. ABŞ, İngiltərə və Şotlandiyanın istintaq orqanları sözügedən işin istintaqını başa çatdırmaq üçün çalışırlar.
“Şarku'l Avsat”ın məlumatına görə, Liviya keçid hökumətinin sədri Əbdülhəmid Dibeybe və xarici işlər naziri Nəcla əl-Mənquş dosyenin yenidən açılmasını istədiklərini deyiblər. Digər tərəfdən, Əbu Əcilənin taleyi məlum deyil. Ailəsi onun naməlum şəxslər tərəfindən qaçırıldığını iddia edir.
Liviya mənbələrinin bildirdiyinə görə, Əbu Əcilə ABŞ və Liviyanın keçid ökumətinin təhlükəsizlik orqanları tərəfindən oğurlanıb.
Hər iki ölkə iddia ilə bağlı səssiz qalarkən, bir çox mənbələr 30 ildir açıq qalan iş çərçivəsində Əbu Əcilənin artıq ABŞ-a təhvil verildiyini düşünürlər.