23 Noyabr 2022 16:24
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İyi Partiyaya yönəlmiş “Milli mövqedə dayan” çağırışına cavab verən Nazilli mahalının bələdiyyə sədri Kürşat Engin Özcan hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.

Teleqraf.com xəbər verir ki, Özcan İyi Partiyanın təmsil olunduğu ən böyük bələdiyyə olan Aydın vilayətinin Nazilli mahalının bələdiyyə sədridir.

AKP-nin toplantısında “Sürprizimiz var” deyərək səhnəyə dəvət olunan Kürşat Engin Özcana hakim partiyanın döş nişanını Prezident Ərdoğan taxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər