24 Noyabr 10:27
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələrinə məxsus dronlar Suriyanın Qamışlı şəhərində PKK/YPG terrorçularına məxsus yük maşınına zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, əməliyyatda PKK/YPG-nin Qamışlı bölgəsindəki qüvvələrinin lideri Rezan Gelo zərərsizləşdirilib.

Bəzi mənbələr Rezan Gelonun ağır yaralandığını bildirir.

Rezan Gelo terror təşkilatının bölgədəki ən yüksək rütbəli zabiti olub.

Onun YPG/PKK terror təşkilatının liderlərindən olan Fərhad Abdi Şahin və ABŞ hərbçiləri ilə çoxlu fotoları var.


Müəllif: Mənsur Rəğbətoğlu