Roma Papası Frensisk 1930-cu illərin əvvəllərində keçmiş SSRİ-nin lideri İosif Stalinin Ukraynada süni şəkildə yaratdığı aclığın (Qolodomor) qurbanları üçün dua etməyə və onları xatırlamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, katoliklərin lideri Rusiyanın Ukraynaya təcvüzkar müharibəsini Qolodomor zamanı baş verən soyqırımı ilə müqayisə edib.
“Gəlin, bu soyqırımı qurbanları və bu gün təcavüzün ağrılarından əziyyət çəkən bütün ukraynalılar - uşaqlar, qadınlar, yaşlılar və körpələr üçün dua edək”, - Frensisk bildirib.